500-dən çox avtomobil postları qanunsuz keçməyə cəhd etdi - RƏSMİ
16 iyul 2020 09:18 (UTC +04:00)

500-dən çox avtomobil postları qanunsuz keçməyə cəhd etdi - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün karantin rejimi ilə əlaqədar görülmüş işlərlə bağlı məlumatı açıqlayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 489 nəfər  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 66 nəfər olmaqla ümumilikdə 555 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 45-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 250-i rayon, 130-u paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb, ümumilikdə 530 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3664
avatar

Mehman Nəbiyev

Oxşar yazılar