Gəncədə intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin "AQTA 6" adlanan yaşayış massivində qeydə alınıb. Sözügedən ərazidə yaşayan 50 yaşlı A.Məhərrəmova yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Məlumata görə, 50 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.