Bakıda 50 gün əvvəl maşın vuran qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə mayın 17-də Nəsimi rayonu Kövkab Səfəralıyeva küçəsində baş verib. Əsgərov Elmin Alim oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobili arxaya doğru hərəkət etdirərkən yolu keçən piyada Bespalova Yevgeniya Borisovnanı vurub. Bədən xəsarətləri alan Y.Bespalova bir müddət Kliniki Tibbi Mərkəzdə, daha sonra isə "Yeni Klinika" xəstəxanasında müalicə olunsa da koma vəziyyətindən ayılmayıb və iyulun 6-da orada ölüb.
Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.