Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar ediblər.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ümumi çəkisi 5 tona yaxın olan 9040 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.