5 otaqlı ev külə döndü
20 mart 2022 06:27 (UTC +04:00)

5 otaqlı ev külə döndü

0

Şəkidə 5 otaqlı fərdi yaşayış evi yanıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, saat 02 radələrində rayonun Oraban kəndində, kənd sakini Vüqar Şəfaqət oğlu Lətifova məxsus, ümumi sahəsi 325 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb. Evə bitişik tikilən digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1726

Oxşar yazılar