Bakıda saxlanılan şəxsin digər əməlləri də üzə çıxıb.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş T.Ələkbərovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Nəticədə onun rayon ərazisində daha 5 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.