Moskva vilayətində 40 yaşlı qadın saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 9 yaşlı oğlunun iştirakı ilə pornoqrafik videolar çəkməkdə günahkar bilinir.
Məlumata görə, polis onun evindən çoxlu sayda disk və videogörüntülər aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu çəkilişlərdə 26 yaşlı kişi və daha bir uşaq da iştirak edib.
Uşaqlar xüsusi məntəqəyə aparılıb, böyüklər haqda isə cinayət işi açılıb. Onların hər ikisi Dzerjinsk şəhər sakinləridir.