4 yaşlı qızı öldürməkdə təqsirləndirilən qonşusu HƏBS EDİLDİ
03 fevral 2022 13:53 (UTC +04:00)

4 yaşlı qızı öldürməkdə təqsirləndirilən qonşusu HƏBS EDİLDİ

Bakıda quyudan meyiti tapılmış 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində istintaq orqanının bununla bağlı təqdimatına baxılıb. Məhkəmədə təqdimat təmin edilib və M. Mansurov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Oxşar yazılar