Yabanı halda bitən narkotik bitkilər məhv edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əlibəyli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,8 ton olan 7850 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Digər belə əməliyyat Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Nəticədə Tovuz rayonunun Düzqırıqlı kəndi ərazisində yabanı halda bitən çəkisi 1,3 ton olan 2628 ədəd çətənə kolu aşkar edilərək yandırılıb.