Xaçmazda kişi dəm qazının qurbanı olub.
Lent.az xəbər verir ki, hadisə Ləcət kəndində qeydə alınıb. 33 yaşlı Usubəliyev Elson Elşad oğlu gecə saatlarında evin hamam otağında dəm qazından zəhərlənib.
O, hadisə nəticəsində yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.