Bərdə rayonunda güllələnən şəxs həyatını itirib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Ləmbəran kəndində qohumu ilə aralarında münaqişə nəticəsində güllələnən İsrafil Hüseynov Bərdə Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.
***
20.20
Bərdədə güllələnmə hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla bürosunun xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.
Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır.
Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.