Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Kosalar kəndində baş verib.
1991-ci il təvəllüdlü Yusibova Gülnarə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.