Sumqayıtda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 30 yaşlı Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Məlumat görə, S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.