Şimal-Qərb bölgəsinin elektrik təchizatında yaranan problem aradan qaldırılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, saat 20.40 radələrində Zaqatala, Balakən və Qaxın elektrik təchizatı tam bərpa edilib. Hər 3 rayonda rabitə və internet verilişi də normallaşıb.
***
20.13
Azərbaycanın Şimal-Qərb bölgəsinin elektrik təchizatında problem yaranıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, saat 19.20 radələrində 110 kilovoltluq xətdə qəza nəticəsində Zaqatala, Balakən və Qaxın elektrik təchizatında fasilə yaranıb.
Elektrik təchizatının pisləşməsi rabitə və internet verilişinə də təsir göstərib.