3 avtomobil toqquşdu, “Niva” sürücüsü xəsarət aldı 
10 aprel 2022 21:31 (UTC +04:00)

3 avtomobil toqquşdu, “Niva” sürücüsü xəsarət aldı 

Şəkidə üç minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə günorta saatlarında Şəki şəhərinin Fuad Abdurəhmanov küçəsində baş verib.

Hərəkətdə olan, 1990-cı il təvəllüdlü Hafiz Əfəndizadənin idarə etdiyi "Niva" markalı 90 RY 039 dövlət nömrə nişanlı minik avtomobili 1995-ci il təvəllüdlü Sərxan Arif oğlu Xəlilovun idarə etdiyi "Mersedes" markalı 10 MN 810 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.  Qəzadan sonra avtomobillər yolun kənarında dayanan Vidadi Qeysər oğlu Əfəndiyevə məxsus "Hundai" markalı 55 CC 111 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində “Niva”nın sükanı arxasında sıxılmış vəziyyətdə qalan sürücü Hafiz Əfəndizadə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq Təcili Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Hafiz Əfəndizadə Şəki Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar