3 avtomobil toqquşdu, 1 nəfər...  -FOTO
13 dekabr 2022 23:25 (UTC +04:00)

3 avtomobil toqquşdu, 1 nəfər... -FOTO

0

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü yaralanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində, General Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobilinin sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə olan digər 2 “Toyota” markalı avtomobil ona çırpılıb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. 1 nəfər xəsarət alıb.

Əraziyə çağırılan yol patrul xidmətinin əməkdaşları avtomobillərin yoldan kənarlaşdırılmasını təmin ediblər. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2176

Oxşar yazılar