2017-ci ildə qapadılan, Bakının "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı” bağı) yaxınlığında yerləşən "26” - "Twenty six” adlı kafenin sahibi Əliyar Qasımov axtarışa verilib.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Qasımov Əliyar Ərəstun oğlu Cinayət Məcəlləsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, 2017-ci ildə qapadılan "26” kafesi ilə bağlı Azərbaycan mediasında çox yazılıb.
Mətbuatda gedən məlumatlara görə, həmin kafenin sahibi Əliyar Qasımov Bakı Dövlət Universitetində Hüquq fakultəsinin dekanı olmuş professor Ərəstun Qasımovun oğludur.