Türkiyədə 24 yaşlı D.A ana qohumları qonaq otağında oturarkən əsəbləşib 2 aylıq körpəsini eyvandan aşağı atıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, körpəsinin ölümünə səbəb olan qadın tutulub.
Məlumata görə, D.A 2 aylıq körpə uşağı ilə bacısının evinə qonaq gedib. Qohumları qonaq otağında əyləşərkən D.A 2 aylıq körpəsini evin eyvanından aşağı atıb.
Xəbər verildikdən sonra hadisə yerinə sağlıq xidməti və polis qrupları göndərilib. Hadisə yerinə gələn həkimlər körpənin öldüyünü müəyyən ediblər.
Ana D.A. polis tərəfindən nəzarətə alınıb. Yaxınları D.A-nın təxminən 2 ay əvvəl nikahdankənar uşaq dünyaya gətirdiyini və psixoloji problemlərinin olduğunu bildiriblər. Hadisə yerində aparılan araşdırmalardan sonra körpənin cəsədi Uşak Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.