Moskvada polis məmuru intihar edib.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə günorta saatlarında Pervomayskaya küçəsində baş verib.
Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin 2-ci əlahiddə alayının polis əməkdaşı, 23 yaşlı serjantın meyiti evin yaxınlığında tapılıb. Aldığı xəsarətlərin xarakteri onun intihar etdiyini üzə çıxarıb.
Hadisə xidmət zamanı olmayıb.