Cəlilabadda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Sabirabad kəndində 1999-cu il təvəllüdlü Vüsal Möhübbət oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, Vüsal Əliyev Akif Heydərov adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisə mübahisə zəminində baş verdiyi bildirilir.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.