Abşeronda gənc qız dəm qazının qurbanı olub.
Lent.az-ın məlumatına görə, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb. 21 yaşlı Qaracayeva Tahirə Bəxtiyar qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.