Şabran rayonunda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ceyranlı kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı zəhərlənərək dünyasını dəyişib.
İlkin araşdırma zamanı dünyasını dəyişən M.Yusifovanın hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.