2024-cü il ərzində Ermənistan Silahlı Qüvvələrində 40 hərbçi həlak olub, onlardan 27-si xidməti vəzifələrinin icrası ilə bağlı şəraitdə həlak olub.
Lent.az-ın Ermənistan KİV-nə istinadla xəbərinə görə, onlardan 5-ni hərbçi yoldaşları öldürüb, 7 nəfər intihar edib, 4 nəfər qəzada ölüb, 1-i döyüş maşınlarının sürücülük qaydalarının pozulması, 2-si təyyarə qəzası, 3-ü xəstəlik səbəbindən həlak olub.
13 hərbçi xidmətlə əlaqəli olmayan şəraitdə ölüb: 3 xəstəlik, 7 qəza, 1 intihar, 2 fövqəladə hal. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə, ötən il Ermənistan Silahlı Qüvvələrində 2093 insident (2023-cü ildə 2358 hadisə) baş verib.