20 yaşlı qadın ölü uşaq  dünyaya gətirdi
16 noyabr 2024 11:10 (UTC +04:00)

20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi

Kürdəmir Rayon Mərkəzi xəstəxanasında ölüm hadisəsi olub. 

Məlumata görə, noyabrın 6-da Kürdəmir rayon sakini 20 yaşlı (qadın cinsli) şəxs dəqiqləşdirilməmiş doğuş sancısı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Noyabrın 11-i tarixinədək tibb müəssisələrində müalicəsi davam etdirilib və zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

O, noyabrın 15-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına təkrar müraciət edib. Hamiləliyin 38-ci həftəsində olan pasiyentin USM müayinəsi zamanı dölün ölü olduğu müəyyən olunub.

Aparılan konsilium nəticəsində süni doğuş icra olunması qərara alınıb. Aparılmış zəruri tədbirlər nəticəsində ölü döl təbii doğum yolları ilə fəsadsız doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir, Zahılıq şöbəsində müalicəsi davam olunur./qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3972

Oxşar yazılar