Rusiyada iki yaşlı qız çimərkən vannada boğulub.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, hadisə Yekaterinburqda mənzillərdən birində baş verib.
Mənbənin məlumatına görə, 22 yaşlı ana qızını çimdirirmiş və uşaq bu zaman boğulub. Qadın təcili yardım çağırsa da, körpəni xilas etmək mümkün olmayıb.