Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ümumi çəkisi 2 tondan artıq olan 6 285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.