2-ci sinif şagirdini qatar vurub öldürdü
06 iyun 2023 10:46 (UTC +04:00)

2-ci sinif şagirdini qatar vurub öldürdü

Leninqrad vilayətinin Kirovski rayonunda qatar autizm mərkəzinin 2-ci  sinif şagirdini vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, valideynlər uşağın itməsi barədə polisə məlumat veriblər. Bildirilib ki, oğlan iyunun 5-i günorta saatlarında evdən çıxıb və bir neçə saat onu axtarıblar. İkinci sinif şagirdinin meyiti Leninqrad vilayətində dəmiryol xəttində tapılıb. Məlum olub ki, uşağı qatar vurub və o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Oxşar yazılar