2 avtomobil toqquşdu, xəsarət alanlar var -FOTO
15 aprel 2022 03:15 (UTC +04:00)

2 avtomobil toqquşdu, xəsarət alanlar var -FOTO

0

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Məhəmmədli qəsəbəsində baş verib.

Əsas yolda olan “Vaz-21099” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən “Toyota” markalı avtomobilin sürücüsü maşınla qəfil onun yoluna çıxıb.  Toqquşma zamanı “Vaz 21099”da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1574

Oxşar yazılar