2 avtomobil toqquşdu, böyük tıxac yarandı-FOTO
16 iyun 2023 01:13 (UTC +04:00)

2 avtomobil toqquşdu, böyük tıxac yarandı-FOTO

1

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb və yolda tıxac yaranıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.


Belə ki, “Cadillac” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirirərək eyni istiqamətdə olan “Hyundai” markalı maşına çırpılıb.

Qəza zamanı “Hyundai” yol ayrıcına dəyərək digər istiqamətə düşüb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Əraziyə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Hazırda metronun Koroğlu stansiyasının qarşısından Böyük Şor istiqamətinə tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1890

Oxşar yazılar