Qızıl qaçaqmalçılığı cinayətinə görə 196 ölkədə İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan "qızıl adam" ləqəbli 38 yaşlı İnqilab Babayev Türkiyənin İstanbul şəhərində saxlanılıb.
Lent.az-ın məlumatına görə, müəyyən edilib ki, Babayev 2024-cü ildə İstanbul Hava Limanındakı qaçaqmalçılıq hadisəsinin təşkilatçısı olub. Həmin əməliyyat zamanı ümumilikdə 16 kiloqram qızıl ələ keçirilib.
Cinayətkar qrupun rəhbəri olan İnqilab Babayev polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.