190 manata görə quldurluq
09 iyun 2020 11:40 (UTC +04:00)

190 manata görə quldurluq

İyunun 7-də saat 21 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov sərxoş halda bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla S.Məmmədovun evinə qonaq gələn əvvəllər məhkum olunmuşlar - Ağalarbəyli kənd sakini E.Nuriyevin və Şamaxı rayon sakini R.Səfərovun ona bıçaqla xəsarət yetirərək 190 manat pulunu almaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2605
avatar

Mehman Nəbiyev

Oxşar yazılar