Ağcabədidə gənc qadın itkin düşüb.
Lent.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yaşayan 19 yaşlı S. Mustafayeva martın 7-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun əri N. Əhmədov polisə müraciətində bildirib.
Faktla bağlı rayon Polis Şöbəsində axtarış işləri aparılır.