18 aktiv COVID xəstəsi müalicə yerini özbaşına tərk etdi
04 fevral 2022 10:38 (UTC +04:00)

18 aktiv COVID xəstəsi müalicə yerini özbaşına tərk etdi

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Mehman Nəbiyev

Oxşar yazılar