Saratov vilayətindəki məhkəmə 17 yaşında uşaq dünyaya gətirən arvadını indi bir uşaq gözləyən 13 yaşında bir qızla cinsi münasibətdə olaraq xəyanət edən 23 yaşlı Volsk şəhər sakini barəsində hökm çıxarıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, regional İstintaq KOmitəsndən verilən məlumata görə, mstəntiqlər gənc qurbanla psixoloji əlaqə qurmağı və törədilmiş əməlin sübutlarını toplaya biliblər.
Həmin şəxs 14 yaşınadək bir uşağı yoldan çıxartmaqda təqsirli bilinib və üç il ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
İstintaq və məhkəmə 2020-ci ilin oktyabr ayında bir kişinin 13 yaşlı bir qızla cinsi əlaqədə olduğunu müəyyən edib. Bu, tibbi müayinə zamanı məlum olub, bundan sonra həkimlər bu barədə polisə məlumat veriblər.