16 yaşlı qız yoxa çıxdı, anası axtarır
13 oktyabr 2022 10:49 (UTC +04:00)

16 yaşlı qız yoxa çıxdı, anası axtarır

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Ciqqarova Günel Habil qızı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun anası N. Ciqqarova Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verib.

Hazırda araşdırma aparılır.

# 1938
avatar

Mehman Nəbiyev

Oxşar yazılar