16 yaşlı oğlanı kimin bıçaqladığı bəlli oldu -YENİLƏNİB
09 yanvar 2022 19:19 (UTC +04:00)

16 yaşlı oğlanı kimin bıçaqladığı bəlli oldu -YENİLƏNİB

1

Gəncədə naməlum şəraitdə xəsarət alan yeniyetmənin bıçaqlandığı məlum olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, 2006-cı il təvəllüdlü Musa Həsənovu tanışı, həmyaşıdı Hüseyn Həsənov bıçaqlayıb.

Polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxs  saxlanılıb. O ,ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

 

***

Saat 18:10

Gəncə şəhərində yeniyetmə naməlum şəraitdə xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü M.Həsənov qarının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 16 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Yeniyetmənin sözlərinə görə, o qaçan zaman yıxılıb, qarnına şüşə batıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 26221

Oxşar yazılar