Yardımlıda yabanı halda bitən narkotik bitkilər məhv edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Alar kəndi ərazisində 1550 hektar sahədə yabanı halda bitmiş 15 ton 200 kiloqram çəkidə 38750 ədəd çətənə kolu aşkarlanaraq yandırılıb.