Türkiyədə avtomobil almaq istəyənləri aldadan dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar Mersin, Antalya və Adanada baş tutub. Nəticədə 8-i iranlı və 1-i Azərbaycanlı olmaqla 13 nəfər saxlanılıb.
Məlum olub ki, onlar başqalarına aid maşınları satışa qoyaraq 36 nəfərin ümumilikdə 13 milyon lirə (təxminən 757 min 900 manat) pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Daha sonra həmin pulları özlərinin kripto hesablarına yükləyərək, pulların izini itirməyə çalışıblar. Ancaq bu barədə Zonguldak polisinə məlumat daxil olub və ölkənin adı çəkilən bölgələrində əməliyyatlar keçirilib.
Saxlanılan 13 nəfər Zonguldak məhkəməsinə təhvil verilib.