Türkiyədə 12 yaşlı qıza təcavüz edilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Bartın bölgəsində qeydə alınıb.
Belə ki, dünən günorta saatlarında Bartında 12 yaşlı qız yoxa çıxıb. Qızın atası vəziyyəti jandarma qruplarına xəbər verib. Jandarma qrupları tərəfindən aparılan araşdırmalar nəticəsində uşağın həmin kənddə yaşayan S.K. və Ö.C. adlı şəxslər tərəfindən qaçırıldığını müəyyən edib. Azyaşlı tərkedilmiş binada tapılıb. O, izahatında iki nəfərin ona cinsi zorakılıq etdiyini bildirib. S.K. və Ö.C. adlı şəxslərdə qızla birlikdə yarıçılpaq vəziyyətdə saxlanılıb.
Faktla bağlı istintaq davam edir.