11 gün əvvəl çayda batan gəncin meyiti tapıldı
16 iyun 2020 16:50 (UTC +04:00)

11 gün əvvəl çayda batan gəncin meyiti tapıldı

Kürdə batan gəncin meyiti 11 gün sonra tapılıb.

APA-nın yerli Qarabağ bürosunun xəbərinə görə, 18 yaşlı Mirizadə Röyal Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Kür çayının Bərdənin Qılıclı kəndi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Röyal Mirizadə iyunun 5-də Kür çayının Bərdə rayonunun Nazırlı kəndi ərazisində keçən hissəsində çimərkən batıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3223
avatar

Oxşar yazılar