101 nəfərə saxta COVID sertifikatı verən direktor  AZADLIQDA
09 dekabr 2021 15:01 (UTC +04:00)

101 nəfərə saxta COVID sertifikatı verən direktor AZADLIQDA

Gəncə-Sankt-Peterburq aviareysi ilə səfər edəcək 101 sərnişinə qanunsuz COVID-19 sertifikatı verməkdə təqsirləndirilən “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Yasamal rayon Məhkəməsində hakim İslam Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Bayramovun qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdə o da qeyd edilib ki, Ə. Bayramovun həbsdə saxlanıldığı 3 ay 25 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, onun islah işləri cəzasını faktiki çəkmiş hesab edilib.

Ə. Bayramov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 101 nəfər şəxsin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmələri üçün saxta “COVID-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə bu il mayın 18-də Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.

Onlar barəsindəki cinayət işləri ayrı icraatda araşdırılır. Hazırda Seymur Mürsəlovun cinayət işinin istintaqı başa çataraq baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19