10 yaşlı şagird məktəbdə infarktdan öldü
07 oktyabr 2023 12:46 (UTC +04:00)

10 yaşlı şagird məktəbdə infarktdan öldü

Türkiyədə azyaşlı infarktdan ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərində yerləşən Yavuz Sultan Səlim adına orta məktəbdə baş verib. 5-ci sinif şagirdi olan 10 yaşlı İsmayıl Bozlak yemək növbəsində gözləyərkən qəfil yıxılıb.

O, məktəbdə ilk yardım göstərildikdən sonra gələn təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Lakin burada görülən tədbirlərə baxmayaraq, azyaşlını xilas etmək mümkün olmayıb.

Məktəblinin infarktdan öldüyü üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3174
avatar

Oxşar yazılar