Moskva ətrafında müstəntiqlər 10 aylıq qızını öldürməkdə şübhəli bilinən 34 yaşlı rusiyalı qadını saxlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın məlumatına görə, yanvarın 4-də Pavlovski Posadın Qavrino kəndində gəzinti zamanı yerli sakin uşağı boğaraq öldürüb və meyiti qarda basdıraraq meşədə gizlədib.
Qadının uzun müddətdir evdə olmamasından narahat olan qohumu hüquq-mühafizə orqanlarına müraciət edib. Axtarış zamanı həyat əlaməti olmayan uşaq meyiti, daha sonra isə ananın özü tapılıb.
Dindirilmə zamanı şübhəli şəxs günahını etiraf edib və törətdiyi əməldən peşman olub. Qadın müstəntiqə törətdiyi cinayətin hansı şəraitdə baş verdiyini də danışıb.