1 ay əvvəl piyadanı öldürüb qaçan  sürücü saxlanıldı
07 fevral 2023 13:43 (UTC +04:00)

1 ay əvvəl piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Gəncədə hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 5-də saat 8 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Ələkbərov “VAZ-21011” markalı avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan qeyd olunan avtomobilin sürücüsü, Daşkəsən rayon sakini A.Sadıqov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Oxşar yazılar