“Lexus”la dəhşətli qəza törədən qız Ayaz Mütəllibovun nəvəsidir
Bu gün saat 12:30 radələrində Bakı şəhər Suraxanı rayonunda baş vermiş ağır yol nəqliyyat hadisəsini törədən şəxsin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun nəvəsi olduğu dəqiqləşib.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Trend-ə açıqlamasında Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.
Qeyd edək ki, Lent.az bu hadisə barədə ötən saatlarda məlumat yaymışdı. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumatda bildirilirdi ki, Aeroport şossesində Bakı şəhər Yasamal rayon sakini, 1992-ci il təvəllüdlü Mütəllibova Mədinə Zaur qızı anasının adına olan 90 XH 042 nömrə nişanlı “Lexus GS” ilə qəza törədib.
"Lexus" yolu keçmək istəyən üç piyadanı vurub. Qəza nəticəsində ölən şəxslər yaşlı kişi və azyaşlı oğlan uşağıdır. Yaralı qadın isə 3 saylı Şəhər Xəstəxanasına aparılıb.
Ölən şəxslərin kimliyi araşdırılır.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Oxşar yazılar

Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19