Bakıda amansız qətl
03 sentyabr 2011 10:46 (UTC +04:00)

Bakıda amansız qətl

Sentyabrın 3-də saat 01 radələrində Bakıda dəhşətli qətl hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Rabitəçi qəsəbə sakini Sadiqov Niyaməddin İsmayıl oğlu xüsusi amansızlıqla qətlə yetirilib. Onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirilib.

Lent.az-a verilən digər məlumatda bildirilir ki, N.Sadiqovun meyiti “Qazel” markalı avtomobillə xəstəxanaya gətirilib. Lakin bədənində çoxsaylı kəsilmiş və deşilmiş yaralar olan şəxsin öldüyü məlum olub. Qətlə yetirilən şəxsin sinəsində xeyli sayda deşilmiş yaralar aşkarlanıb

Faktla əlaqədar araşdırmalar aparılır. Qətlin hansı şəraitdə, nə səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar