Dənizçilik Akademiyasının yataqxanasındakı intiharın – TƏFƏRRÜATI
Bu gün səhər saatlarında Bakıda aşkarlanan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Dənziçilik Akademiyasının yataqxanasının həyətində özünü asan şəxs 1979-cu ildə Füzuli rayonunun Alxanlı kəndində anadan olmuş Hüseynov Çərkəz Knyaz oğludur. Məlumata görə, Ç.Hüseynov gecə saatlarında yataqxananın 3 saylı korpusunun həyətinə gələrək özünü şam ağacından asıb. Səhər havanın açılması ilə aşkara çıxan meyit barəsində məlumat daxil olan kimi, hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə yollanıb və intihar edən şəxsin kimliyi müəyyənləşdirilib.
Lent.az-a verilən digər məlumata görə, intihar edən şəxs barəsində Suraxanı rayon Polis İdarəsində araşdırma aparılırmış. Məlumata görə, Ç.Hüseynovun bir nəfərə xeyli miqdarda pul borcu varmış və bu məbləği qaytara bilmirmiş. Həmin şəxs də Ç.Hüseynov barəsində Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə şikayət edib və pulunun qaytarılmasını tələb edib. Borcu qaytara bilməyən 32 yaşlı Ç.Hüseynov isə çıxış yolunu özünü öldürməkdə tapıb.
Faktla əlaqədar Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

646