Neft şirkətinin işçisi faciəvi şəkildə öldü
01 sentyabr 2011 10:21 (UTC +04:00)

Neft şirkətinin işçisi faciəvi şəkildə öldü

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ARDNŞ-in Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin montyorunu elektrik cərəyanı vurub.

Məlumata görə, 1954-cü il təvəllüdlü Xəlilov Akif Əzizqulu oğlu neftvurma stansiyasında olarkən onu elektrik cərəyanı vurub. Nəticədə 57 yaşlı şirkət işçisi hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar