İmişlidə qəza: iki piyada vuruldu, biri öldü
28 avqust 2011 18:32 (UTC +04:00)

İmişlidə qəza: iki piyada vuruldu, biri öldü

0
İmişlidə ölümlə nəticələnən yol qəzası olub.

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 27-də axşam saatlarında İmişli Şəkər Zavodunun yaxınlığından keçən yolda İmişli rayon sakini Elşən Fərzəliyev idarə etdiyi VAZ-2106 markalı, 10 CV 204 dövlət nömrə nişanlı avtomobillə rayonun Şəmmədli kənd sakinləri, 1992-ci il təvəllüdlü Rəsulov Rəmzi Abdulla oğlu və 1978-ci il təvəllüdlü Qurbanov Kənan Nəbi oğlunu vurub.

Hər iki şəxs müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin Rəmzi Rəsulov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar