Qubada oğurluq edən şəxslər yaxalandı
21 avqust 2011 17:00 (UTC +04:00)

Qubada oğurluq edən şəxslər yaxalandı

0
Quba RPŞ-dən Lent.az-a verilən məlumata görə, rayon sakini, 35 yaşlı Rüstəm Əsədov və Qusar şəhər sakini Pərviz İsmayılov rayonda tikilməkdə olan H.Əliyev mərkəzindən 2000 manat məbləğində elektrik naqili oğurlamaqda şübhəli bilinir.
Saxlanılan hər iki şəxs mərkəzin tikintisində fəhlə kimi çalışıblar. Həmin şəxslər oğurladıqları naqilləri 259 manata satıblar. Onlar oğurluq törətmələrinə səbəb kimi uşaqlarının xəstə olmasını göstəriblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar